Dünya futbolu

“Lion” almaniyalı ilə yollarını ayırır

“Lion”un futbolçusu Jerom Boatenq klubu tərk edəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onun müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır. 

Boatenq 2021-ci ildə “Lion”a keçib. “Transfermarkt” portalı 34 yaşlı almaniyalının dəyərini 1 milyon avro qiymətləndirir.

2022/23 mövsümündə Boatenq 8 oyun keçirib və heç bir qol vurmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43