Dünya futbolu

“Lion” italiyalı baş məşqçi gətirir

“Lion” baş məşqçi postuna Fabio Qrossonu gətirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında son danışıqlar gedir.

Qrosso futbolçu kimi 2007-09-cu illər arası “Lion”da çıxış edib.

45 yaşlı italiyalının məşqçi kimi son iş yeri “Frosinone” olub. O, ötən mövsüm komandanıB Seriyasından əsas liqaya çıxarmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43