19 Sentyabr 2024
Dünya futbolu

“Lion” “Qarabağ”ı Konfrans Liqasından uzaqlaşdıran oyunçunu alır

”Lion” “Gent”in forvardı Gift Orbanı heyətinə qatacaq.

İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu bu transfer üçün 13 milyon avro ödəyəcək. 21 yaşlı hücumçuyla 4.5 illik müqavilə imzalanacaq.

Orban ötən mövsüm Konfrans Liqasında “Gent” – “Qarabağ” (1:0) görüşündə komandasının tək qolunu vuraraq oyunu əlavə vaxta aparmışdı. Penaltilər seriyasından sonra Belçika klubu növbəti mərhələyə adlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43