Ölkə futbolu

Lisenziyalaşdırma Qrupu seminar keçirib

Bu gün AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar keçirilib.

İdmanxeber.com-un məlumatına görə, seminarda UEFA-nın Maliyyə Fair Play qaydaları müzakirə olunub və klub nümayəndələri 2016-cı maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43