Ölkə futbolu

Lisenziyalaşdırma Qrupunun əməkdaşları UEFA-da görüş keçirəcək

Avqustun 11-də İsveçrənin Nyon şəhərində AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov və baş maliyyə eksperti Bəhram Dadaşov UEFA-nın dəvətinə əsasən UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin əməkdaşları ilə görüşdə iştirak edəcəklər.


Görüş aşağıdakı mövzuları əhatə edəcək:


1. 2015-ci maliyyə ilində Azərbaycan futbol klublarının göstəriciləri və müqayisəli təhlil;
2. Klublar tərəfindən hazırlanmış hesabatlarda UEFA tərəfindən aşkar olunmuş çatışmazlıqlar və bu çatışmaqzlıqların gələcəkdə aradan qaldırılma yolları;
3. 2016-cı il üzrə maliyyə hesabatların hazırlanması ilə bağlı UEFA-nın tövsiyə və tələbləri;
4. UEFA Maliyyə Fair Play IT proqramı ilə bağlı yeniliklərin müzakirə olunması;
5. Növbəti mövsüm çərçivəsində keçiriləcək tədbirlərin müzakirəsi və digər məsələlər;

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43