Ölkə futbolu

Litva millisinin üzvü “Keşlə”də – rəsmi

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi litvalı müdafiəçi Edvinas Girdvainislə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçunun son klubu Tel-Əviv “Hapoel”I olub.

Qeyd edək ki, Girdvainis bundan əvvəl ölkəsində “Ekranas”, İspaniyada “Marbelya”, Polşada “Pyaşt” və Rusiyada “Tom” klublarının formasını geyinib. 2016-cı ildə Litva millisinə dəvət alan müdafiəçi yığmada 10 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43