Dünya futbolu

“Liverpul” 30 ildən sonra çempion oldu!

İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

“Bernli” “Uotford”u minimal hesabla (1:0) məğlub yola salıb. Səfərdə “Sauthempton”la qarşılaşan “Arsenal” turu inamlı qələbəylə  (0:2) başa vurub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Mançester Siti” səfərdə “Çelsi”nin qonağı olub. Üç qolun qeydə alındığı matç londonluların qələbəsiylə (2:1) başa çatıb.

Mançesterlilərin bu xal itkisi isə lider “Liverpul”un sona 7 tur qalmış çempionluğu rəsmiləşdirməsiylə əlamətdar olub. Bu, “qırmızılar”ın 30 illik fasilədən sonra ilk çempionluğudur.

Qeyd edək ki, “Liverpul” sonuncu dəfə 1989/1990 mövsümündə İngiltərə çempionluğu qazanıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43