Ölkə futbolu

“Liverpul” Azərbaycana gəlməyə razılıq verdi

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunda çıxış edəcək daha bir komanda müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, İngiltərənin “Liverpul” klubu da turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.

Bu komanda “Fənərbaxça” (Türkiyə) və “Lokomotiv”dən (Moskva, Rusiya) sonra yarışda iştirakını təsdiqləyən 3-cü xarici klubdur. Mayın 29-dan iyunun 1-dək keçiriləcək yarışın digər iştirakçılarına yaxın müddətdə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43