İdman

“Liverpul” “Barselona”nın rekordunu təkrarlayıb

Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Roma” ilə qarşılaşan “Liverpul” rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, Yuregn Kloppun komandası bir mövsümdə vurulan qol sayında hamını üstələyib.


Sadio Mane və Jorjinyo Veynaldum fərqlənməklə “Liverpul”un bu mövsüm ÇL-də vurduğu qolların sayını 46-a çatdırıb. Bu isə təkcə ÇL-də deyil, bütün avrokubok turnirləri üçün rekorddur. Buna qədər sözügedən rekord “Barselona”ya məxsus idi. Kataloniya təmsilçisi 1999-2000-ci il mövsümündə ÇL-də 16 oyuna 45 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43