Dünya futbolu

“Liverpul” braziliyalı futbolçu transfer edir

“Atalanta”nın mərkəz yarımmüdafiəçisi Ederson karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” yay transfer pəncərəsində futbolçunu heyətinə qatmaq istəyir. Ederson 2022-ci ilin iyulundan “Atalanta”da çıxış edir.

2023/24 mövsümündə o, komandanın heyətində bütün yarışlarda 52 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. 

“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43