08 Sentyabr 2024
Dünya futbolu

“Liverpul” heyətini gücləndirir

“Fulhem”in müdafiəçisi Tosin Adarabioyo karyerasını başqa klubda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı ingiltərəli futbolçunun xidmətində “Liverpul” maraqlıdır. Mersisaydlılar həmçinin müdafiəçi Entoni Robinsonu da izləyirlər.

Bu mövsüm Adarabioyo 16 oyun keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43