Dünya futbolu

“Liverpul” ilk transferini reallaşdırdı

İngiltərənin "Liverpul" klubu qışın tədarükünü indidən görür.

Klub artıq ilk transferini reallaşdırıb. "Mersesaydlılar" "Halmstad" klubunda forma geyən 17 yaşlı futbolçu Valmir Berişanı heyətinə qatıb. Bu xəbəri futbolçunun özü açıqlamasında təsdiqləyib.

Müqavilənin şərtləri barədə məlumat verilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43