“Everton” “Marsel”in hücumçusu İliman Ndiayeni heyətinə qatmaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu 24 yaşlı seneqallının transferini başa vurmağa yaxındır. Liverpul klubu utbolçu üçün təxminən 20 milyon avro ödəyəcək.
Ndiaye 2023-cü ilin avqustundan “Marsel”də çıxış edir. 2023/24 mövsümündə forvard komandasının heyətində bütün yarışlarda 46 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.