Dünya futbolu

“Liverpul” ona görə 30 milyon avro tələb edir

“Kristal Pelas” qışda “Liverpul”dan icarəyə götürdüyü Mamadu Sakonun transfer hüququna sahib olmaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, London təmsilçisi uğurlu mövsüm keçirən fransız müdafiəçini əldən buraxmaq istəmir. “Liverpul” da Sakonun satılmasına razıdır. Ancaq futbolçunun transfer qiyməti “Kristal Pelas”ı razı salmır. “Qırmızılar” 27 yaşlı oyunçunun transferi üçün 30 milyon avro tələb edir.

“Liverpul” Sakonu 2013-cü ildə PSJ-dən 13 milyon avroya transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43