16 Sentyabr 2024
Dünya futbolu

“Liverpul” portuqaliyalı futbolçu ilə danışıq aparır

“Liverpul” Portuqaliya klubunun müdafiəçisi Qonçalo İnasionun mümkün transferi ilə bağlı “Sportinq”lə (Lissabon) danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı mərkəz müdafiəçisinin müqaviləsində 60 milyon avroluq sərbəst qalma maddəsi var. Mersisaydlılar isə futbolçunun qiymətini aşağı salmağa çalışırlar. Tərəflər arasında danışıqlar davam edir

2023/24 mövsümündə İnasio “Sportinq”in heyətində 23 oyun keçirib və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43