Dünyadan

“Liverpul” “Real”ın futbolçusunu alır

İngiltərənin “Liverpul” klubu Madrid “Real”ının futbolçusu Asyer İllaramendi üçün hərəkətə keçib.

İdmanxeber.com-un məlumatına görə, mersisaydlılar yarımüdafiəçi üçün 22 milyon avro təklif etməyə hazırlaşırlar.

“Real”da əsas heyətə düşə bilməyən yarımmüdafiəçinin “Liverpul”a keçəcəyi gözlənilir.

Qeyd edək ki, İllaramendi “Real” tarixinin ən bahalı ispan futbolçusu olub. “Kral klubu” bu futbolçu üçün 2013-cü ildə “Real Sosyedad”a 32.2 milyon avro ödənmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43