Dünya futbolu

“Liverpul” tarixinin ən bahalı transferini edir

“Roma” “Liverpul”un Məhəmməd Salah üçün etdiyi transfer təklifini qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi “Liverpul”un 45 milyon avroluq təklifi ilə razılaşıb. Salah yaxın günlərdə tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacaq və “qırmızılar”la 5 illik müqavilə imzalayacaq.

Əgər bu keçid baş tutsa, “Liverpul” tarixində ən bahalı transfer olacaq.

25 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə “Roma”nın heyətində 41 oyuna 19 qol vurub və 15 qol assist edib. Misirli futbolçu “Roma”ya “Çelsi”dən 15 milyon avroya keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43