Dünya futbolu

“Liverpul”a transfer qadağası qoyuldu

İngiltərə Futbol Federasiyası “Liverpul”a transfer qadağası qoyub.

İdmanxeber.com-un məlumatına görə, “qırmızılar” qarşıdakı 2 il ərzində İngiltərə Premyer Liqasında çıxış edən klubların akademiyasından olan heç bir futbolçunu transfer edə bilməyəcəklər. Buna klubun azyaşlı oyunçuların transferində etdiyi qayda pozuntuları səbəb olub.

Qeydedək ki, “Liverpul”un “Stok Siti”dən transfer etdiyi 12 yaşlı futbolçunun sənədlərində ciddi qayda pozuntuları olduğu iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43