08 Sentyabr 2024
Dünya futbolu

“Liverpul”da ciddi itki

“Liverpul”un “Nyukasl”la oyunda (4:2) zədə alan yarımmüdafiəçisi Dominik Soboslainin son durumu bəlli olub

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Yurgen Klopp futbolçunun qarşıdakı iki görüşü buraxacağını bildirib. Bunun ardından siə Saboslainin oynayıb-oynamayacağına bir daha baxılacaq.

Yanvarın 7-də “Liverpul” İngiltərə Kubokunun üçüncü mərhələsində “Arsenal”la, ayın 10-da isə Liqa Kubokunun ilk yarımfinal oyununda “Fulhem”lə qarşılaşacaq.

Saboslai cari mövsüm “Liverpul”un heyətində 26 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43