“Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta karyerasını “Verder”də davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında razılıq əldə olunub. Rəsmi açıqlamanın yaxın günlərdə edilməsi gözlənilir.
“Liverpul” mayda Keytanın gedişini açıqlamışdı. Qvineyalının müqaviləsi yayda başa çatıb. O, 2018-ci ildən İngiltərə klubunda çıxış edir.
Keyta ötən mövsüm bütün yarışlarda 13 oyun keçirib, qol vurmayıb.