28 Yanvar 2020
Kateqoriyasız

“Liverpul”dan möhtəşəm nəticə – İngiltərə nəhəngi FİNALDA

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, yarımfinalın cavab matçında “Liverpul” “Barselona”nı qəbul edib. Kataloniyada rəqibinə 0-3 hesabı ilə uduzan Yurgen Kloppun yetirmələrinin mərhələ keçmə şanslarına inananların sayı az olsa da, “Liverpul” bu çətin işin öhdəsindən layiqincə gəlib.

Firminyo və Salah kimi aparıcı üzvləri olmadan “Liverpul” “Barselona”nı darmadağın edərək, finala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinalın digər cavab matçında bu gün “Ayaks” “Tottenhem”i qəbul edəcək.

7 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00. “Liverpul” (İngiltərə) – “Barselona” (İspaniya) – 4:0
Qollar: 
Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0)
İlk oyun – 0:3

8 may

23:00.”Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 1:0

Oxşar xəbərlər

Finala doğru: “Qəbələ” – “Sumqayıt” oyununda anşlaq gözlənilir

admin

Yığmamıza Fransa və Rusiyadan oyunçular çağırıldı

admin

“Neftçi”nin oyununun biletləri satışda

admin