Kateqoriyasız

“Liverpul”dan qələbə, “Real” uduzdu

Çempionlar Liqasında V tura start verilib.

İlk oyun günündə 4 qrupda 8 matç keçirilib.

Ən gözlənilməz nəticə Ukraynada qeydə alınıb. “Real” “Şaxtyor”a 0:2 hesabı ilə uduzub. Gecənin maraqla gözlənilən qarşılaşmasında “Atletiko” və “Bavariya” Madriddə heç-heçəyə razılaşıb – 1:1.

Öz meydanında “Mançester Siti” ilə qolsuz bərabərə qalan “Portu” və “Ayaks”ı minimal hesabla yenən “Liverpul” isə növbəti mərhələyə vəsiqəni təmin edib.

Çempionlar Liqası
Qrup mərhələsi, V tur

A qrupu

21:55. “Lokomotiv” (Rusiya) – “Zalsburq” (Avstriya) – 1:3
Qollar:
 Mirançuk, 79 (pen.) – Berişa, 28, 41, Adeyemi, 81

00:00. “Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya) – 1:1
Qollar:
 Feliş, 26 – Müller, 86 (pen.)

B qrupu

21:55. “Şaxtyor” (Ukrayna) – “Real” (İspaniya) – 2:0
Qollar: Dentinyo, 57, Solomon, 83

00:00. “Borussiya” (Münhenqladbax, Almaniya) – “İnter” (İtaliya) – 2:3
Qollar:
 Plea, 45+1, 76 – Darmian, 17, lukaku, 64, 73

C qrupu

00:00. “Marsel” (Fransa) – “Olimpiakos” (Yunanıstan) – 2:1
Qollar:
 Paye, 55 (pen.), 75 (pen.) – Kamara, 33

00:00. “Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) – 0:0

D qrupu

00:00. “Liverpul” (İngiltərə) – “Ayaks” (Niderland) – 1:0
Qol:
 Cons, 58

00:00. “Atalanta” (İtaliya) – “Midtyullan” (Danimarka) – 1:1
Qollar:
 Romero, 79 – Şolts, 13


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43