“Liverpul”inn iki futbolçusu – Məhəmməd Salah və Alisson Bekker yayda klubu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, hər iki futbolçu Səudiyyə Ərəbistanı klublarından cəlbedici təklif alıb.
Braziliyalı qolkiper Premyer Liqa klubundan ayrılmaq istəməsə də, “mersissaydlılar”da işləri qaydasında getməyən Salah İngiltərəni tərk etməkdə maraqlıdı.
Səudiyyə Ərəbistan klublarından biri bu yay sözügedən futbolçuların transferini həll etmək istəyir.