İdman

“Lokomotiv” 10 qat İsveçrə çempionuna tay-brekdə qalib gəldi (YENİLƏNİB)

Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində növbəti oyunlar keçirilib.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən yeganə təmsilçimiz “Lokomotiv” 10 qat İsveçrə çempionu “Volero”nu qəbul edib.

Gərgin keçən matçda qalibi tay-brek müəyyənləşdirib. Burada isə təmsilçimiz inamlı çıxış edərək qələbə qazanıb.

Çempionlar Liqası, 1/6 final, ilk oyun

10 fevral

“Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) – 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)

Hakimlər: Konstantinos Voudouris (Yunanıstan), Ralf Barnstorf (Almaniya)
Bakı, “Azərreyl” İdman Bazası


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43