Proqnozsevərlərin ən çox sevdiyi, gərgin “iş başında” olduğu günlərdən biridir. Onar üçün dünyanın müxtəlif nöqtələrində oynanılan 400-ə yaxın qarşılaşmaya mərc etmək imkanı var. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” bu gün öz müştərilərinə 363 matç təklif edir. Bu görüşlərdən 100-dən artığına canlı, 45-nə isə həm canlı, həm də “təkli” mərc etmək olar. Günün maraqlı görüşlərindən bir neçəsini diqqətinizə çatdırırıq.
“Atletiko Madrid” – “Barselona” (kod 107, saat 23:45)
“Tottenhem” – “Çelsi” (kod 100, saat 21:30)
Həmişəki kimi bu dəfəki London derbisi də maraqla gözlənilir. Prinsipial rəqiblər hazırda turnir cədvəlində qonşudur. “Çelsi” 28 xalla 3-cü, bir xal az toplayan “Tottenhem” isə 4-cü yerdədir. “Zadəganlar” “Mançester Siti” və “Liverpul”la yanaşı bu mövsüm premyer liqada uduzmayan 3 komandadan biridir. “Tottenhem” isə son 4 oyunun hamısını udub. Bu tərəflərin 152-ci dueli olacaq. İndiyə qədərki oyunların 48-də “Tottenhem”, 66-da isə “Çelsi” qalib gəlib. 37 duel “sülh”lə bitib. “Çelsi”də axşamkı matç ərəfəsində ciddi itki olmasa da, “Tottenhem”də vəziyyət fərqlidir. Dembele, Yanssen və Sançes zədə səbəbindən heyətdə olmayacaq. “Topaz”da London derbisinə bu əmsallarla mərc edə bilərsiz: “Tottenhem”in qələbəsi 2.70, heç-heçə 3.20, “Çelsi”nin qələbəsi 2.40.
Bu görüşlərlə yanaşı “Topaz”da “Udineze”-“Roma” (saat 18:00), “Mayns”-“Borrusiya Dortmund” (saat 18:30), “Mançester Yunayted” – “Kristal Pelas” (saat
19:00), “Kan”-“Monako” (saat 23:00) və digər oyunlara da “təkli” mərc etmək mümkündür. Həftəsonu istirahəti qazancla başa vurmaq istəyirsinizsə, intuisiyanıza güvənərək “Topaz”da mərc edin. Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.