Kateqoriyasız

Londondan Bakıya 40 çarter uçuşu planlaşdırılır

AZAL mayın 28-də London-Bakı aviareysini təmin edəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə aviaşirkət prezidentinin İctimaiyyətlə Əlaqələr Departamentinin köməkçisi Paşa Kasemanski məlumat verib.

O bildirib ki, Bakıda təşkil ediləcək Avropa Liqasının final görüşü ilə bağlı mayın 28-də yerli vaxtla 22:05-də Hitrou Hava Limanından Bakıya təyyarə uçuşu gerçəkləşəcək. Təyyarənin paytaxtımıza Bakı vaxtı ilə 06:35-də eniş etməsi planlaşdırılır. Həmçinin mayın 30-da axşam saatlarında Bakı-London reysi də olacaq.

Oyun günü ölkəmizə 30-35 min azarkeşin gəlmək istəyinə münasibət bildirən Kasemanski əlavə edib ki, bu tələbi yerinə yetirmək üçün Azərbaycan Hava Yolları və digər hava yolları tərəfindən Böyük Britaniyadan Bakıya 40-dan çox çarter uçuşu planlaşdırılır.

Final öncəsi son gündə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün xidmətlər gücləndirilmiş rejimdə olacaq.

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal”la “Çelsi” arasında keçiriləcək. haqqın.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Səlahət Ağayev daha iki il “Neftçi”də

admin

“Yuventus”u sevindirən xəbər

admin

Bugünkü oyunları canlı yayımlayacaq kanallar – TV AFİŞA

admin