Dünya futbolu

Löv Kloppun cavabını verdi

Löv Millətlər Liqasının faydalı olduğunu düşünür.

Ötən gün oyunçularının millinin düşərgəsinə qatılmasından narazılıq edən “Liverpul”un baş məşqçisi Yurgen Klopp Millətlər Liqasını dünyanın ən mənasız turniri adlandırmışdı.

Almaniya millisinin baş məşqçisi Yoahim Löv isə həmkarı ilə eyni fikirdə deyil. Löv Kloppun sözlərinə cavab olaraq komandasının “cırtdan” ölkələrlə yoldaşlıq görüşü oynamaqdansa, Millətlər Liqasında ciddi rəqiblərə qarşı mübarizə aparmasının daha yaxşı olduğunu bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43