Dünyadan

Lui van Qal “Lester”ə 5-3 hesablı məğlubiyyəti belə şərh edib

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal Premyer Liqanın son turunda "Lester"ə 5-3 hesablı məğlubiyyəti belə şərh edib.

İdmanxeber.com-un məlumatına görə, Lui van Qal bu fikirləri səsləndirib:

"Azarkeşlər bu gün fantasik performansın şahidi oldular. Matça mükəmməl başlamışdıq, möhtəşəm qollar vurmuşduq. Fasilədən sonra bir daha fərqləndik. Lakin oyunun taleyin həll etmək lazımıydı. Biz bacarmadıq. Topa sahib ola bilmədik. Qol vurmağı sevən kifayət qədər çox oyunçumuz var.

"Arsenal" və "Stok Siti"lə görüşlərdə rəqibimiz geri dönüş etməyi bacardığını göstərmişdi.

Penaltiyə gəlincə isə dəqiq deyə bilmərəm varıydı ya yox. Onu bilirəm ki, çoxlu səhvlər etdik.

Xoşbəxt olduğumu deyə bilmərəm. Ancaq belə şeylər olur. "Barselona"dakı birinci ilimdə matçın bitməsinə 15 dəqiqə qala 3-0 hesabıyla öndəydik, ancaq sonda 3-4 məğlub olduq. Hərdən belə nəticələr olur".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43