Dünya futbolu

Luis Enrike: “Açıq-aşkar zəif idik”

“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə PSJ-ə məğlub olub. – 4:0.

İdmanxeber.com-un məlumatına görə, Katoloniya təmislçisinin baş məşqçisi Luis Enrike darmadağınla başa çatan oyunu belə şərh edib. “Faciəvi gecə idi. PSJ həm topla, həm də topsuz oyunda bizdən üstün təsir bağışladı. Qeydə alınan nəticə meydandakı oyunun göstəricisidi. İzah gətirmək mümkün deyil. Bu məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Əgər bizdən birini günahkar kimi qələmə vermək istəyirsizsə, bu mənəm. Çünki futbolçularım əvvəlki oyunlarda qələbələr qazanmaqla, azarkeşlərə çox sevinc bəxş ediblər. Taktiki sxemi dəyişib, 4-3-3-dən 4-2-3-1-ə keçdik. Məqsəd Messinin topu daha çox qəbul etməsi idi. Lakin heç nə alınmadı. PSJ yüksək təzyiq göstərərək, bizə imkan vermədilər. Bu gün açıq-aşkar zəif idik”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 8-də “Barselona”nın meydançasında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43