Dünya futbolu

Luis Enrike: “Ardanın lazımsız qayda pozuntusuna görə qol buraxdıq”

“Oyunda üstün tərəf idik. Bizim üçün yaxşı nəticə olmadı. Qələbəni əldən verən biz olduq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike “Real”la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis qələbəni əldən verdikləri üçün türkiyəli yarımmüdafiəçi Arda Turanı qınayıb:

“Arda lazımsız qayda pozuntusu etdi və Serxio Ramos qapımıza qol vurdu. Buna gərək yox idi. Buraxılan bir qol bizə baha başa gəldi”.

Qeyd edək ki, “Barselona” matçın 53-cü dəqiqəsində hesabda önə keçsə də, 90-cə dəqiqədə “Real” hesabı bərabərləşdirərək məğlubiyyətdən xilas olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43