Dünya futbolu

Luis Enrike: “Yuventus”un qarşısında papağımı çıxarıram”

“Bu, futboldur. Sürətli oyunla rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaq istəyirdik. Ancaq hücumların sonluğu alınmırdı”.

Bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinin “Yuventus”la cavab oyunundan (0:0) sonra deyib.

İspaniyalı mütəxəssis rəqibin güclü olduğunu etiraf edib:İki güclü komandanın qarşılaşmasını izlədik. “Yuventus” qarşısında papağımı çıxarıram.  Onların əla baş məşqçiləri və keyfiyyətli oyunçuları var. “Yuventus” turnirin qalibi olmaq üçün hər şeyə sahibdi. Ancaq unutmayın ki, digər komandalar da eyni xüsusiyyətlərə malikdilər”.

Xatırladaq ki, “Barselona” iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43