Ölkə futbolu

Luis Saha “Qarabağ”ı ziyarət edib

Əfsanəvi futbolçu Luis Saha bu gün "Qarabağ"ın bazasını ziyarət edib.

İdmanxeber.com xəbər verir ki, Saha klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovla kiçik toplantı keçirib və Azərbaycan futbolu haqda fikir mübadiləsi aparıb.

Görüşün sonunda futbolçuya "Qarabağ"ın "9" nömrəli forması hədiyyə olunub. Luis Saha daha sonra komanda üzvləri ilə də bir araya gəlib. Komandaya və baş məşqçi Qurban Qurbanova uğurlar arzulayıb və "Qarabağ"ın Avropada layiq olduğu yerə gələcəyinə inandığını bildirib.

Sonda isə Luis Saha klubun məşqçi və texniki heyəti ilə bərabər futbol da oynayıb.

Xatırladaq ki, Luis Saha Fransa millisində 20 oyuna çıxıb, "Mançester Yunayted", "Tottenhem", "Latsio" kimi klubların şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43