Dünya futbolu

Lukaku “Milan”a keçir?

“Milan”ın növbəti transfer hədəfi məlum olub.

“Qırmızı-qaralar” “Everton”un hücumçusu Romelu Lukakunun xidmətində maraqlıdır.

Bir müddət əvvəl Belçika millisinin üzvü hazırkı klubu ilə yeni müqavilə imzalamaqdan boyun qaçırıb. “Everton” Lukakuya 5 illik müqavilə və həftəlik 140 min funt məvacib təklif etsə də, “yox” cavabı alıb.

Bu səbəbdən də Lukaku “Milan”ın yay transfer pəncərəsində əsas hədəfidir.

Qeyd edək ki, 23 yaşlı forvard cari mövsüm Premyer Liqada 27 oyunda 19 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43