21 Sentyabr 2024
Dünya futbolu

Lukaku rəsmən “Mançester Yunayted”də!

“Mançester Yunayted” “Everton”un futbolçusu Romelu Lukakunu transfer edib.

İdmanxeber.com-un məlumatına görə,  bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.

Artıq iki klub arasında razılıq əldə olunub. 24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

İngiltərə mətbuatı bu transfer üçün “MY”nın 75 milyon funt sterlinq ödəyəcəyini yazıb.

Qeyd edək ki, 2014-cü ildən “Everton”un şərəfini qoruyan R.Lukaku indiyə kimi 171 matçda 87 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43