Dünya futbolu

Lukakunun transfer qiyməti açıqlandı

İngiltərənin “Everton” klubunun futbolçusu Romelu Lukakunun transfer qiyməti bəlli olub.

Liverpul təmsilçisi “Çelsi”nin danışıq apardığı futbolçunu 125 milyon avrodan aşağı satmağı planlaşdırmır. İngiltərə mətbuatı iddia edir ki, klub rəhbərliyi belçikalı futbolçunu komandada saxlamaqda israrlıdır. Ancaq hücumçu qalmaq niyyətində olmasa, rəhbərlik onu yalnız bu qiymətə satacağını deyib.

Qeyd edək ki, 2014-cü ildə məhz hazırda danışıq apardığı “Çelsi”dən transfer olunan 23 yaşlı futbolçunun “Everton”la müqaviləsi 2019-cu ilən yayında başa çatır. Hücumçu bu mövsüm “Everton”un heyətində çıxdığı 34 oyunda 25 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43