Dünyadan

Lüksemburq millisinin baş məşqçisi “iştahlandı”: “Azərbaycanla oyunlarda uğurlu çıxış edə bilsəydik…”

“DÇ 2014″ün seçmə mərhələsində Azərbaycanın rəqiblərindən biri olan “Lüksemburq”un baş məşqçisi Lük Holts ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.

O, Azərbaycanla oyunlarda itirdikləri xallara görə, təəssüflənib:

“Seçmə mərhələnin startında əsas hədəfimiz 5 xal toplamaq idi. Artıq bu vəzifəni yerinə yetirmişik. Ancaq bu o demək deyil ki, bundan sonra dayanacağıq. Qarşıda bizi iki çətin oyun gözləyir. Hər iki görüşdə xal qazanmağa çalışacağıq. Azərbaycanla oyunlarda uğurlu çıxış edə bilsəydik, indi aktivimizdə daha çox xal olardı”.

Qeyd edək ki, öz meydanında millimizlə 0:0 oynayan Lüksemburq yığması Bakıda 1:1 bərabərə qalmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43