Kateqoriyasız

Lüksemburqda polis azarkeşlərimizi həbs etmək istədi

“Dudelanj” – “Qarabağ” matçında baş verən məlum təxribatın ardından Ağdam klubunu stadionda dəstəkləyən “İmarət Tayfa” azarkeş qrupunun bir neçə üzvü Azərbaycan bayrağı ilə meydana daxil olmaq istədi.

İdmanxeber.az-ın məlumatına görə, Lüksemburq klubunun təhlükəsizlik xidməti Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyən azarkeşlərimizin qarşısını alıb, onları stadiondan kənarlaşdırmaq istəyib. Klub rəsmilərinin məsələyə müdaxiləsindən sonra azarkeşlərimiz Lüksemburq polisi əlindən alınıb.

Görüşün davam etdirilib-etdirilməyəcəyi yaxın dəqiqələrdə məlum olacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43