25 Oktyabr 2021
Kateqoriyasız

Mədət Quliyev və Ceyhun Bayramov Serbiya ilə səfər matçını stadiondan izlədi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Serbiya ilə səfər matçını azərbaycanlı nazirlər də canlı izləyiblər.

İdmanxeber.az-ın məlumatına görə, Belqradda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə sənayesi naziri Mədət Quliyev millimizə tribunadan dəstək veriblər.

Belqraddakı “Rayko Mitiç” stadionunda keçirilən oyunda azərbaycanlı nazirləri Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç müşayiət edib. O, Bayramov və Quliyevlə stadionda çəkdirdiyi birgə şəklini sosial şəbəkə hesabında da paylaşıb.

Serbiya – Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” və “Zaqatala”dan qələ

admin

Prezidentdən İqor Ponomaryovla bağlı – Sərəncam

admin

“Azərbaycanla oyun asan olmayacaq”

admin