Dünya futbolu

Məhkəmə Dieqo Kostanın həbsinə qərar verdi

İspaniya millisinin və “Atletiko”nun futbolçusu Dieqo Kosta vergidən yayındığı üçün barəsində keçirilməli olan məhkəmə ötən gün baş tutub.

İdmanxeber.az-ın məlumatına görə, məhkəmə vergidən yayınmaqda ittiham olunan 31 yaşlı forvardın 6 aylıq həbsinə qərar verib.

Lakin İspaniya qanuna əsasən həbs cəzası iki ildən az olarsa, müttəhim pul cəriməsi ilə azadlığa buraxıla bilər. Kosta da 540 min avro cərimə ödəyərək həbsdən azad olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisinin yeni klubu müəyyənləşdi

admin

UEFA açıqladı: Albaniya millisinə texniki məğlubiyyət verildi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda ?

admin