24 Oktyabr 2020
Ölkə futbolu

“Mənə təpik atıb, pul kisəmi əlimdən almağa çalışdılar” – millimizin sabiq üzvü

Azərbaycan millisinin sabiq üzvü Saşa Yunisoğlunun naməlum şəxslər tərəfindən döyüldüyü və bununla bağlı polisə mürəciət etdiyi barədə xəbərlə yayılıb.

Sabiq futbolçu feysbuk sosial şəbəkəsindən etdiyi paylaşımla bu xəbərləri təsdiqləyib. O, başına gələn hadisəni yazaraq, tanımadığı şəxslər tərəfindən hücuma məruz qaldığını bildirib:

“Təəssüflər olsun ki, haqqımda yayılan son xəbərlər hardasa doğrudur. Şənbə günü axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxlayıb park etdikdən sonra iki nəfər mənə yaxınlaşdı. Qaranlıq olduğundan sifətlərini görmədim. Biri mənə nəsə deyərək maşınımın yanına keçdi, o biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim, səndələdim,  geri dönmək istədikdə isə qarşımda dayanan mənə təpik ataraq, əlimdəki pul kisəsini almağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım. Bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdılar. Ciddi bir xəsarət almamışam. Harasa müraciət edib, heç kəsdən də şikayətçi olmamışam. Nə etmək olar, bu, həyatdır. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz, inşallah! Çünki, cəmiyyətimizdə idmançılara qarşı  qarşılıqlı sayğı vardır.”

Qeyd edək ki, S.Yunisoğlu 2007-2011-ci illərdə millimizdə çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanov: “Kimsənin kimsəni təhqir etmək hüququ, haqqı yoxdu”

admin

Şahin Diniyevin ilk matçı – VİDEO

admin

“Buraxılan qolar barəsində bəzən ağlımıza çox şey gəlir” – Tərlan Əhmədov

admin