16 Sentyabr 2019
Kateqoriyasız

Məşhur futbolçu virusa yoluxduğu üçün Bakıya gətirilmədi

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Slovakiya millisi Bakıya ciddi itki ilə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça”nın sabiq üzvü, hazırda isə Praqa “Slaviya”sının şərəfini qoruyan Mrisolav Stox virusa yoluxduğu üçün son anda heyətdən çıxarılıb. Baş məşqçisi Paval Hapal digər oyunçuların da virusa yoluxmaması üçün bu addımı atdıqlarını bildirib.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

AFFA-dan Mxitaryanla bağlı UEFA-ya cavab: Gələ bilər!

admin

“Neftçi” “Bakcell Arena”ya qayıdacağı vaxtı açıqladı

admin