Maqazin

Mədətovlar ailəsi dağıldı – Mahir atasının soyadından imtina etdi

Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb.

İdmanxeber.az xəbər verir ki, bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini də məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır.

A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə toy etməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub.

Elnurə və Anarın ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşandıqdan sonra atasının soyadından imtina edib, anasının soyadına keçməyi istəyir.

Elnurə də əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir. Onların Mahirdən başqa, bir qız övladı da var. (axsam.az)

Qeyd edək ki, Mədətov sosial şəbəkə hesabında soyadını Əmrəli qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43