Kateqoriyasız

Məmmədəli Mehdiyev Xorvatiya “Qran Pri”sini medalla başa vurdu

Millimiz daha bir medal qazandı

İdmanxeber.az Federasiyanın saytına istinadən bildirir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub. Beynəlxalq turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədli Mehdiyev Zaqrebdə bürünc medal qazanıb.
Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43