20 Sentyabr 2024
Ölkə futbolu

Məmmədov “Səbail”ə qayıtdı – RƏSMİ

“Kəpəz”dən ayrılan Azər Məmmədovun yeni iş yeri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, o, “Səbail”də çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. A.Məmmədov baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.

 

Mütəxəssis daha əvvəl də “Səbail”də məşqçi kimi çalışıb. O, 2022-ci ildən 2023-cü yayına kimi sözügedən klubda işləyib.     
Xatırladaq ki, A.Məmmədov ötən ilin noyabrında “Kəpəz”dən ayrılıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43