Ölkə futbolu

“Mənə qarşı komandada hədsiz sevgi var” – Tərlan Əhmədov

“Son turlardır, artıq komandada yorğunluq var. Yenə də oyunçular pis oynamadılar. Bizim məqsədimiz Premyer Liqada qalmaq idi, bunu bacardıq. Bu gün meydanda yaxşı furbol göstərmək istədik. Komanda 70-ci dəqiqədən sonra meydanda dayandı sanki. Bu da yorğunluqdan irəli gəlir, yol bizi çox yorur”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Neftçi” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Mənimlə müqavilə uzadılması ilə bağlı məsələni rəhbərliyə sual versəniz daha yaxşı olar. İndiyə qədər işə görə heç kimə ağız açmamışam. Bu gün məni kifayət qədər istəyənlər var. Mənə qarşı komandada hədsiz sevgi mövcuddur. Hətta düşürəm ki, niyə o vaxtı “Kəpəz”dən ayrılacağımı dedim. Hər halda hər şey ortadadır.

İşim göz qabağındadır. Sentyabrda İlqar Nadiriyə dedim ki, komandanı Premyer Liqada saxlamağa çalışacam. Bu gün mənə heç bur klubdan təklif gəlməyib. Gəncədə qazilər var ki, hər gün mənə mesajlar yazırlar. Klubdan getməyimi istəmirlər”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43