08 Sentyabr 2024
Ölkə futbolu

“Məni ağır şəkildə təhqir etdiyi üçün cavabını verdim” – “Kəpəz”in futbolçusu

“Təlim-məşq toplanışını Gəncədə keçiririk. Çalışırıq ki, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirək. Çempionatda daha yaxşı çıxış etməliyik. Hazırkı mövqeyimiz bizim üçün xoş deyil. Səhvlərin üzərində çalışmalıyıq”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyev qış toplanışını dəyərləndirərkən deyib. O, Premyer Liqada qalmaq üşün yarışdıqları “Qəbələ”ni yoxlama görüşündə (2:1) məğlub etmələrinə də toxunub:

“Qəbələ” güclü komandadır, hər zaman böyük iddiaları olub. Bu cür qələbələr komandaya motivasiya verir. Bunu çempionat oyunlarında da etmək istəyirik”.

Şahverdiyev Qəbələdəki matçda yerli azarkeşlərdən biri ilə dalaşmasına da münasibət bildirib:

“Əslində bu mövzuya qayıtmaq istəmirəm. Bilirəm ki, futbolda olur belə şeylər, azarkeş sizi tənqid edə bilər. Amma futbolçunu təhqir etmək də olmaz. Öz ünvanıma nəsə desəydi, cavab verməzdim. Ağır şəkildə təhqir etdiyi üçün cavabını verdim”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43