Ölkə futbolu

“Məni bu təklifi qəbul etməyə vadar edən bir çox səbəb var idi” – Ansi Aqolli

“9 il formasını geyindiyim “Qarabağ”dan, ikinci evimdən ayrılmaq asan olmadı”.

Bu sözləri bir neçə gün öndə “Qarabağ”dan ayrılaraq ABŞ-IN “Kosmos” klubuna keçən Ansi Aqolli deyib.

Nyu-York təmsilçisinə keçidini şərh edən 36 yaşlı müdafiəçi bu komandanı seçməsinin səbəbini açıqlayıb: “Ailəm bir neçə ildir ABŞ-da, Nyu-Yorkda yaşayır. Odur ki, bu variant onların yanında olmaq və sevdiyim işi davam etdirmək üçün yaxşı imkan yaratdı. Bundan başqa, “Kosmos” klubunun vitse-prezidenti Co Baronun əzmi və komanda ilə bağlı gələcək planları da mənim bura gəlməyimə təsir etdi. Bu, gələcəkdə mənə xidmət edəcək futbol dünyasına girməyim üçün yaxşı fürsət oldu”.

Aqolli “Kosmos” klubu ilə imzaladığı müqavilənin müddəti ilə bağlı məlumat versə də, digər detalları gizlədib: “Müqaviləm 1 ili əhatə edəcək. Ümumilikdə, sözləşmə şərtlərindən razıyam. Məni bu təklifi düşünməyə və qəbul etməyə vadar edən bir çox səbəb var idi. Amma xahiş edirəm, detallar barədə soruşmayıb. Menecerim bu yöndə böyük işlər gördü, ona təşəkkür etməliyəm”. dirəm, detallar barədə soruşmayın. Menecerim bu yöndə böyük işlər gördü, ona təşəkkür etməliyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43