Kateqoriyasız

“Mənim bu ölkə ilə xüsusi bağlarım var” – De Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi gələcəkdə Albaniya yığmasına mümkün qayıdışı ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis bildirib ki, həyatda hər şey mümkündür: “Hazırda Azərbaycan millisinin sükanı arxasındayam və burada uğur qazanmaq üçün əlimdən gələni edirəm.

Albaniya çox sevdiyim ölkədir. Mənim bu ölkə ilə xüsusi bağlarım var. Xalqınızdan özümə qarşı həmişə sevgi və hörmət hiss etmişəm”.

66 yaşlı baş məşqçi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı qalib gəldikləri matça da toxunub: “Bu komandanı məğlub etdiyimiz üçün şadam. Onlara qarşı qrupdakı ilk görüşdə 0:1 hesabı ilə uduzmuşduq. Bu, mən və komandam üçün ağır məğlubiyyət idi. Mən dostlarımla oynayanda belə, qələbəyə sevinən mütəxəssislərdənəm. Yəni, mənim üçün hər oyun vacibdir”.

Qeyd edək ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi sentyabrın 30-da başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43