Kateqoriyasız

“Mənim komandam da “Fehervar” qədər keyfiyyətlidi” – Elmar Baxşıyev

“İlk oyunu məğlub olsaq da, sabahkı matça komanda olaraq hazırıq. Düşünürəm ki, komanda əlindən gələnin artığını edəcək. Öz azarkeşlərimizin qarşısında oynayırıq. Çalışacağıq ki, onları sevindirək”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Təmsilçimizin baş məşqçisi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Fehervar”la oyundan əvvəl təşkil olunan mətbuat konfransında çıxış edib. O, jurnalistlərin suallarını cavablandırıb.

– Macarıstandakı 1:4 hesablı məğlubiyyət ədalətli idi, yoxsa hesab fərqli ola bilər? Məğlubiyyətdən hansı dərsləri çıxarmısız?
– Ümumi götürsək, komandanın nümayiş etdiyi futboldan məmmun qaldım. Oyunun müəyyən vaxtlarında komanda istədiklərimizi meydanda maksimum verməyə çalışırdı. Əlbəttə ki, zədələnən futbolçu da komandaya təsir etdi. O, əsas futbolçumuzdu. Onun oyundan çıxması komandanın oyun planında “dizbalans” yaratdı. Rəqibi də fərqləndirərdim. “Fehervar” çox keyfiyyətli komandadı. Yaxşı futbolçuları var. Mənim komandam da “Fehervar” qədər keyfiyyətlidi. Sabah hər iki komandanı maraqlı oyun gözləyir.

– İlkin Qırtımovun sabah oynamaq ehtimalı nə qədərdi?
– Turnirə başlamamışdan qabaq heyətimiz geniş də deyildi. Zədələnən futbolçu ilə bağlı məsələ sual olaraq qalır. Son məşqimiz var. Ümid edirik ki, həmin məşqdən sonra müsbət qərara gəlib çıxacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43