Ölkə futbolu

“Mənim komandam göstərdiyi oyuna görə titul qazanmağa layiqdir” – Roberto Bordin

“Bizim üçün gözlənilməz nəticə oldu.  İlk hissədə aparıcı tərəf biz olmalıydıq. Hesabda öndə olsaq da, növbəti qolu vurmalıydıq.  Buraxılan qoldan sonra komandada balans itdi. Ancaq sona qədər mübarizə apardıq və hesabı bərabərləşdirdik. Təbii ki, nəticə neqatifdir. Ancaq sona qədər vuruşacağıq”

Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Səbail” oyunu sonrası deyib. O, daha sonra jurnasiltlərin suallarını cavablandırıb:

-Miribadula Abbasov zədələnəndən sonra onun yerinə Tural Axundovu buraxdınız. Bunu müdafiəyə çəklimək kimi qiymtələndirmək olar ?

– Onun yerinə ancaq yerli futbolçu buraxa bilərdim. Çünki meydanda limit tam idi. Üstəlik həmin anda rəqib üzərimizə gəlirdi. Onun üçün müdafiəçi buraxmalıydım.

-Oyunda qırılma anının Mirabdulla Abbasovun zədələnməsi olduğunu demək olar ?

-Təbii ki, onun zədələnməsi qırılma anı oldu. Buna görə sistemi dəyişməli oldum. O da alınmadı.

-Rəqibin çılqınca sevinməsinə nə münasibət bildirərdiniz ?

-Məncə, bu sizə daha aydın görünə bilər. Mən çox da fikir vermədim.

-Emin Mahmudovun yoxluğu nə dərəcədə hiss olundu ?

-Təbii ki, o, komandanın aparıcı üzvü və kapitanıdır. Onun yoxluğu hiss olundu. Bu da normaldır.

-İkinci hissədə göstərilən qorxaq futboldan sonra komandanın çempion olacağı nə dərəcə realdır ?

-Mənim komandam istər birinci, istər ikinci hissə göstərdiyi oyunla titul qazanmağa layiqdir. Biz qorxaq oyun göstərmədik.

-54 yaşınız olsa da, məşqçi kimi çox da təcrübəniz yoxdur. Azərbaycan çempionatında ikinci yeri özünüz üçün uğur sayarsınız ?

-Uşaq yaşlarından futbolun içindəyəm. Futbolçu, məşqçi və baş məşqçi olmuşam. Mənim kifayyət qədər təcrübəm var. Biz ikinci yer üçün yox, çempionluq uğrunda mübarizə aparırıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43